İnsan Resursları üzrə müdir müavini

Artıq 13-ci ildir ki, yorulmadan, usanmadan, böyük qürur hissi ilə gərgin əmək sərf edərək, minlərlə vətəndaşımızın təhsilli gələcəyinə, karyerasına çıraq olduğumuz üçün bu müqəddəs missiyamızla qürur duyuruq.

Bizim üçün uyğun namizəd:
1. Ali təhsil 2. İşə qəbul sahəsində minimum 2 il iş təcrübəsi 3. Güclü ünsiyyət və analitik bacarıqlar 4. MS Office proqramları və işə qəbul portalları ilə işləmə bacarığı 5. Azərbaycan dili səlis, rus və ya ingilis dili biliyi üstünlükdür 6. Minimum 28 yaş

Hansı işləri görəcəksiniz?
1. Yaranan vakansiyaların təhlil edilməsi 2. Vakansiyaların qəbulu 3. İşə Qəbul elanların hazırlanması və paylaşılması 4. Bütün sosial şəbəkələr üzrə elanların paylaşılması 5. Daxil olan CV-lərin təhlil edilməsi və uyğun namizədlərin seçilməsi 6. İşə qəbul sistemi və proseslərinin qurulması və təkmilləşdirilməsi 7. İşə qəbul prosesi üzrə uçotun aparılması, namizədlər bazasının formalaşdırılması 8. Müsahibə mərhələlərində iştirak və müsahibə olunan namizədlərin qeydiyyatının aparılması 9. Yeni işə başlayan əməkdaşlar üçün adaptasiya planına nəzarət edilməsi 10. Ehtiyat kadr hovuzunun yaradılması və idarə olunması 11. Təlimlərin təşkili və koordinasiyası 12. Təlim ehtiyaclarının müəyyən edilməsi 13. Müəllimlərin işə qəbul proseslərinin təşkili 14. Əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsinin aparılması

Nə əldə edəcəksiniz?
EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏ çalışmaqla peşəkar əmək kollektivindən təhsil və tədris sahəsində biliklərə və iş təcrübəsinə yiyələnəcəksiniz. Əməkdaşlarına daim qayğı ilə yanaşan şirkət əmək münasibətlərində artan karyera və əmək haqqı sistemlərindən istifadə edir.

Əlavə Məlumat
ARƏM-nə uyğun sənədləşmə hr@educompany.az
Təcrübə: minimum 2il
Təhsil: Ali
Dil biliyi: Azərbaycan dili, Rus dili (üstünlükdür)
Kompüter bacarıqları: MS Office
Əmək haqqı: 1000-1300 AZN
Elanın yerləşdirmə tarix: 2026-02-13
Son müraciət tarixi: 2026-03-13
Müraciət et