Artıq 13-ci ildir ki, yorulmadan, usanmadan, böyük qürur hissi ilə gərgin əmək sərf edərək, minlərlə vətəndaşımızın təhsilli gələcəyinə, karyerasına çıraq olduğumuz üçün bu müqəddəs missiyamızla qürur duyuruq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (idarəetmə sahəsində üstünlükdür)
- Xanım namizədlər tələb olunur
- Satış sahəsində, müştəri xidmətlərində və ya idarəetmə sahəsində 2il təcrübə.
- Komandada işləmək bacarığı.
- Microsoft Office proqramları ilə yaxşı səviyyədə işləmə bacarığı;
- Məsuliyyətli, dəqiq, çalışqan olmalıdır;
- İş vaxtı tam ştat olduğu üçün təhsil alan tələbələrin müraciəti məqsədə uyğun deyil
- Səliqəli, punktual, xoş görünüşlü.
• Yaş həddi: 25-45
Hansı işləri görəcəksiniz?
• Abituriyent şöbəsinin ümumi fəaliyyətinin təşkili və idarə olunması
• Müəllim heyətinin koordinasiyası və nəzarəti
• Tələbələrin dərs davamiyyəti və nəticələrinə nəzarət
• İmtahan prosesinin təşkili və nəzarəti
• Valideynlərlə görüşlərin keçirilməsi və hesabatlılıq
• Tədris planının icrasına nəzarət
• Aylıq hesabatların rəhbərliyə təqdim olunması
• Şöbənin inkişaf strategiyasının hazırlanması və tətbiqi
Nə əldə edəcəksiniz?
EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏ çalışmaqla peşəkar əmək kollektivindən təhsil və tədris sahəsində biliklərə və iş təcrübəsinə yiyələnəcəksiniz. Əməkdaşlarına daim qayğı ilə yanaşan şirkət əmək münasibətlərində artan karyera və əmək haqqı sistemlərindən istifadə edir.
Əlavə Məlumat
ARƏM-nə uyğun sənədləşmə
hr@educompany.az
Təcrübə: minimum 2-3 il Təhsil: Ali Dil biliyi: Azərbaycan dili Kompüter bacarıqları: MS Office Əmək haqqı: 800 AZN Elanın yerləşdirmə tarix: 2026-06-02 Son müraciət tarixi: 2026-06-20 Müraciət et