Dövlət qulluğu nədir?  Dövlət qulluğuna hazırlıq | EDU Company

Dövlət qulluğu nədir? Dövlət qulluğuna hazırlıq

Dövlət qulluğu nədir, bu sahəyə kimlər hazırlaşa bilər? Harda işləyə bilərəm ?

Bu suallara "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa və Dövlət İmtahan Mərkəzinin (DİM) təqdim etdiyi informasiyalara uyğun cavab versək daha məqsədə uyğun olar.

  Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

 

DÖVLƏT QULLUĞUNDA İMTAHAN KATEQORİYALARI HANSILARDIR?

       DİM dövlət qulluğunda inzibati vəzifə tutmaq üçün imtahan modeli olaraq A və B kateqoriyaları vardır. Bu kateqoriualarda özlüyündə hissslərə bölünür:

A kateqoriyası AA, AB və AC

B kateqoriyası BA, BB və BC

A kateqoriyaları inzibati rəhbər (idarəetmə) vəzifələr tutmaq üçündür. İlk dəfə dövlət qulluğuna qəbul olmaq istəyənlər 5, 6 və 7-ci təsnifatlar üzrə işləyə bilər. Bunun üçün namizəd BA və BB imtahanlarında (inzibati icraçı vəzifələr) iştirak edə bilər. 

Dövlət Qulluğuna Qəbul Qaydası Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə, test imtahanından və müsahibədən ibarətdir.

 Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

 

İMTAHANDA HANSI FƏNLƏRDƏN SUALLAR OLUR?

 

       İmtahana 4 fənn blokundan suallar salınır:

1.       Qanunvericilik – 40 (testdə qanunvericilik üzrə A, B, C, D olmaqla variant sayı 4 olur, digərlərində isə 5 variant),

2.        Məntiq – 30,

3.        Azərbaycan dili – 15,

4.        İnformatika -15 sual.

 

        Qeyd edək ki, BB və AC qruplarında 100 sualın hamısı qapalı (variantlı), BA və AB qruplarında 100 sualdan 80 sual qapalı, 20 açıq (bir açıq test 2 balla hesablanır) və AA qrupunda 60 sual qapalı, 40 sual açıq (bir açıq test 2 balla hesablanır) formada təqdim olunur.

 

MÜSAHİBƏDƏ İŞTİRAK ÜÇÜN VƏZİFƏ SEÇİMİ

 

        Vəzifələrin müvafiq altqrupu üzrə sertifikat əldə edən şəxs sertifikatda qeyd olunan vəzifə və qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibənin keçirilməsi haqqında elanda namizədin iddia etdiyi vəzifə üzrə aşağıdakı məlumatlar yerləşdirilir: 

`    · iş yerinin ünvanı; 

     · inzibati vəzifənin təsnifatı;

     · vəzifə maaşı; 

    · vakant vəzifə üzrə qulluq funksiyaları; 

    · təhsilə, təcrübəyə, xüsusi biliklərə və peşə bacarığına dair tələblər; 

      tələb olunan sertifikat. 

 

        Namizəd müsahibədə iştirak üçün elan verildiyi gündən 30 gün ərzində portal vasitəsilə müvafiq dövlət orqanına elektron müraciət edir. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir. 

 DÖVLƏT QULLUĞUNUN ŞƏRTLƏRİ

    Dövlət qulluğunda iş vaxtı həftədə 40 saatdır. Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qanunla müddəti qısaldılmış iş vaxtı  müəyyən edilə bilər. Qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər. İş  vaxtı 5 saatdan çox artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir.İnzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə 30 təqvim günü müddətində haqqı ödənilən əsas məzuniyyət verilir. Uzun illər işləməyə görə haqqı ödənilən  əlavə məzuniyyət aşağıdakı qaydada verilir:

  •     5 ildən 10 ilədək əmək stajına görə —2 təqvim günü;
  •     10 ildən 15 ilədək əmək stajına görə—4 təqvim günü;
  •     15 ildən çox əmək stajına görə —6 təqvim günü;

Dövlət qulluğu imtahanında uğurlu nəticə toplayanlar aşağıdakı dövlət orqanlarda işləyə bilər:

ASAN Xidmət mərkəzləri və regionla bölmələri ;

Qida Təhlükəsizliyi Agentliyi və yerli bölmələri;

Dövlət Statistika Komitəsi və yerli bölmələri;

Məhkəmələr (hakim vəzifələri istisnadır);

Dövlət Turizm Agentliyi;

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi;

Hesablama palatası (həmçinin Məhkəmə-Hüquq Şurası, Ombusdman və digər qurumlar);

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;

Energetika Nazirliyi

Təhsil Nazirliyi, tabeliyində olan və yerli bölmələri (Rayon Təhsil Şöbələri);

Kənd Təsərrüfatı Nazirliyi və tabeliyində olan xidmətlər, həmçinin Nazirliyin yerli bölmələri;

Mədəniyyət Nazirliyi və yerli bölmələri;

Maliyyə Nazirliyi və struktur bölmələri;

Gənclər və İdman Nazirliyi və yerli bölmələri;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (həmçinin Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Komitəsi);

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli bölmələri və s. Qeyd etdiyimiz kimi Dövlət qulluğu hazırlığında 4 fənn tədris olunur :

Azərbaycan dili

Qanunvericilik

Məntiq

İnformatika

 Bu 4 fənnin hər birindən peşəkar, öz sahəsində mütəxəssis müəllim tapmaq

 

çətindir.  Lakin EDU COMPANY TƏHSİL ŞİRKƏTİ öz peşəkar müəllim kollektivinə, dərs keyfiyyətinə güvənərək, sizin Dövlət Qulluğuna qəbul olacacağınıza yazılı şəkildə müqavilə əsasında tam zəmanət verir.

Niyə məhz EDU COMPANY TƏHSİL ŞİRKƏTİ?

●Peşəkar müəllim kollektivi

●Hər kəsə fərdi yanaşma

●Mütəmadi olaraq sınaq testlərinin işlənməsi

●Sizin qrafikinizə uyğun vaxtda dərs cədvəllərinizin tərtib olunması

●Qəbul olacağınıza yazılı surətdə 100 faiz zəmanət

●Qəbul olmadığınız halda növbəti imtahana qədər pulsuz hazırlaşırsınız

 ●Dərslərimiz hər 4 fəndən fərdi və qrup şəklində, əyani və online  olmaqla həftədə 2 dəfə 90 dəqiqə ərzində keçirilir. İlk dərsimiz 4 fənnin hər birindən ödənişsiz

sınaq dərsidir. Sınaq dərsi dedikdə, biz sizi deyil,  siz bizi sınayırsınız. Belə ki, kursumuzun keyfiyyəti ilə müəllimlərimizin dərs keçmə metodikaları ilə daha yaxından tanış olursunuz.

Sən də gələcəyin Dövlət Qulluqçusu olmaq istəyirsənsə, yolunu mütləq EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏN salmalısan!

Ümidvarıq ki,  məqaləmiz sizin üçün çox faydalı oldu.

 Daha ətraflı məlumat üçün 077-412-02-97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


#Dövlət Qulluğu #Hazırlıq