Əziz Oxucular!
2013-ü ildən peşəkar fəaliyyəti və onlarla nümunəvi dərsliyin müəllifliyi ilə xalqın xidmətindən olan "EDU Company" Təhsil Şirkəti bu dəfə də oxucuları üçün etibarlı vəsait və qüsursuz tərtibat ərsəyə gətirdi. Şirkətin mükəmməl nəşri olan "Sadə izahlarla Məntiq" artıq sizlərin ixtiyarındadır! Bu kitab sizlərin stolüstü kitabı olmaqla bərabər, bütün çətinliklərin asan yollarla həllini öyrədəcək. Məntiq insanda düzgün və cəld düşünmək, nəticə çıxarmaq, problemləri həll etməyin yollarını tapmaq qabiliyyətidir. Buna əksər hallarda "İQ" də deyilir. Yəni bir insanın İQ səviyyəsi nə qədər yüksəkdirsə, problemləri həll etmək, çıxış yolu tapmaq və ya hər hansı bir işdə yeniliklər etmək, sərbəst fəaliyyət göstərmək qabiliyyəti də bir o qədər yüksəkdir. Bir sözlə, istənilən sahədə uğur qazanmaq üçün ömrünü ancaq standart bir işdə, hər gün eyni şeyləri təkrarlayaraq keçirəcək, işində hər hansi problem yarandıqda isə, kimlərdənsə kömək istəməli olacaqsan. Buna görə də, dünyanın əksər ölkələrində işə qəbul olmaq və ya müəyyən ali təhsil pillələrinə yüksəlmək üçün məntiq səviyyəsinin ölçülməsi ilə bağlı suallardan istifadə edilir. Çünki istənilən sahədə rəhbərlər işə yeni kadr götürərkən onun savad və təcrübəsiilə bərabər, yüksək İQ səviyyəsinin də olmasını istəyir. Azərbaycanda da uzun müddətdir ki, magistratura, dövlət qulluğu, müəllimlərin işə qəbulu və s. bir çox imtahanlara məntiq sualları daxilir edilir. Bu yolda ən böyük dəstəkçiniz "Sadə izahlarla MƏNTİQ" kitabı olacaq. Kitabla bağlı irad və təklifləriniz üçün +994774251202 əlaqə nömrəsinə zəng edə və ya oguznesriyyati@gmail.com elektron ünvanına yaza bilərsiniz.